This is a specific ad

Qarabağda keçirilən “seçki” ilə əlaqədar Gürcüstan Azərbaycanlıları Konqresinin BƏYANATI

48

Another advertisement

Azərbaycanın Qarabağ bölgəsində keçirilən “seçkilərlə” əlaqədar Gürcüstan Azərbaycanlıları Konqresi bəyanat yayıb.

QafqazTürk.com xəbər verir ki, bəyanatda seçkilərin tanınmadığını və ermənilərin qəflət yuxusunda olduqları bildirilib.

GAK-ın bəyanatını təqdim edirik:

“Azərbaycan Respublikasının dünya ölkələri, BMT, Avropa İttifaqı, NATO, Türk Dövlətləri Təşkilatı və Ermənistan Respublikasının tanıdığı ərazilərində nə Dağlıq Qarabağ Respublikası, nə də “Artsax” deyilən ərazi vahidliyi yoxdur. Olmayan ərazi vahidliyində və Azərbaycanın seçki qanunlarından kənar Azərbaycan dövlətinin seçki komissiyasında qeydiyyatdan keçməmiş namizədin “prezident” seçilməsindən böyük absurd teatr yoxdur.

Biz, Gürcüstan Azərbaycanlıları Konqresi olaraq, düşünürük ki, onları nifrətlə qınamaqla yanaşı, həkimə müraciət etmələrini məsləhət görürük. Əgər müraciət etdikləri həkim erməni diasporunun üzvü olarsa, o, yazıqları dəlixanaya yerləşdirə bilər.

Erməni diasporunun deyilən bir qurum çoxdan pul kəsən fabrikaya çevrilibdir. Onları ən az düşündürən erməni xalqının taleyidir. Ermənistanın Azərbaycan Respublikası ilə sülh sazişi imzalaması, Türkiyə Cümhuriyyəti ilə sərhədləri açması erməni diasporasının süqutu deməkdir.

Onlar özlərini diaspora adlandıraraq milyardlarla vəsait toplamaq naminə erməni xalqını lazım gələndə qaniçən cəllad kimi istifadə edə bilirlər, lazım gələndə soyqırım törətməyə vadar edirlər və sonda isə soyqırıma “məzlum” xalq kimi təqdim etməyi bacarırlar.

Bu isə əslində onları daha gülünc və acınacaqlı göstərir. Artıq erməni xalqının bu qəflət yuxusundan oyanmaq vaxtı çatmışdır”.

Kateqoriya: Siyasət
Sonrakı yazı
Dünyada yanacağın qiymətinin artması Gürcüstan bazarına necə təsir edir?
Öncəki yazı
ჩინეთის მოქალაქეებისთვის საქართველოში უვიზო რეჟიმი ამოქმედდება