Another advertisement
AÇ-2024-ün seçmə mərhələsinin 5-ci turu çərçivəsində keçirilən Türkiyə – Ermənistan matçından öncə maraqlı anlar yaşanıb.
QafqazTürk.com xəbər verir ki, yerli polis stadiona gələn azarkeşin üzərinə baxış keçirən zaman Azərbaycan bayrağını görüb və öpərək hörmətini göstərib.
Polis əməkdaşlarının hərəkəti alqışla qarşılanıb.
Qeyd edək ki, matçdan öncə UEFA-nın tələbi ilə oyunda Azərbaycan bayraqlarının açılmayacağına dair xəbərlər yayılmışdı. Buna baxmayaraq, stadionda Azərbaycan bayraqlarına rast gəlinib.