This is a specific ad

Tbilisidə sürüşmə təhlükəsi var- Təhlükəli zonalar açıqlandı

57

Another advertisement

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, sentyabrın 9-dan sentyabrın 10-u səhərədək Qərbi Gürcüstanın əksər hissəsində və Şərqi Gürcüstanın bəzi ərazilərində leysan xarakterli yağış, şimşək çaxacağı və dolunun davam edəcəyi gözlənilir.
112 SMS-lər göndərir və yağıntıların artması ilə bağlı vətəndaşlara xəbərdarlıq edir.

Qafqaztürk.com xəbər verir ki, Yer Elmləri İnstitutunun direktor müavini, İliya Dövlət Universitetinin professoru Laşa Suxişvili açıqlamasında Tbilisinin hansı ərazilərinin sürüşməyə daha çox meylli olduğunu deyib.

“Tbilisidə aşağıdakı sürüşməyə meyilli zonaları ayırd etmək olar: Mtaçminda və Sololaki hissəsi, Vere dərəsinin sağ yamacı, Vaşlicvari yamacı (Lisi yamacı daxil olmaqla), Nutsubidze yaylasının bir hissəsi, Qldaninin şimalındakı Qldanula dərəsi, həmçinin Temka, Ən çox nəzərəçarpan və aktiv olan Şeşelidze zonası və s. ”,- Laşa Suxişvili deyir.

Kateqoriya: Gündəm
Sonrakı yazı
თბილისში, მეწყერის საფრთხეა
Öncəki yazı
Gürcüstan miqyası ilə hava durumu açıqlandı-Sinoptiklər xəbərdarlıq edir