Another advertisement
Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə 9-10 sentyabr tarixlərində Hindistanın Yeni Dehli şəhərində keçiriləcək 2023-cü il G20 Liderlər Zirvəsi sabah başlayacaq.
QafqazTürk.com xəbər verir ki, sammit Hindistan Baş nazir Narendra Modinin liderləri qarşılaması ilə baş tutacaq.
Qlobal iqtisadi istehsalın 85 faizini və dünya ticarətinin 75 faizini təşkil edən və dünya əhalisinin üçdə ikisini əhatə edən G20 ölkələrinin liderləri builki üç sessiyadan ibarət iclasda hərtərəfli qlobal iqtisadi islahatları müzakirə edəcəklər.
Bundan əlavə, iclasda davamlı inkişaf, eləcə də inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı fərqlərin azaldılması məsələsi gündəmə gətiriləcək.