Another advertisement
“Avropa İttifaqı (Aİ) Gürcüstanı tərk etməyib və etməyəcək“.
QafqazTürk.com xəbər verir ki, Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuat konfransında belə deyib.
“Avropa İttifaqı Gürcüstanı tərk etməyib və etməyəcək. Amma mən eyni zamanda bildirməliyəm ki, bu (Aİ namizədi statusunun verilməsi) layiqliyə əsaslanan bir prosesdir və siz müəyyən şərtləri yerinə yetirməlisiniz, bu sizdən asılıdır. Təsəvvür edin bir tələbə imtahan verir və imtahandan keçə bilmir, sonra isə deyir ki, professor məni tərk etdi. Xeyir, professor obyektiv qiymətləndirir” – deyə Borrell qeyd edib.