Another advertisement
Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevə ŞKTC ilə bağlı bəyanatlarına və verdiyi dəstəyə görə təşəkkür edib.
QafqazTürk.com xəbər verir ki, Ersin Tatar İlham Əliyevə təşəkkür edərək yazılı açıqlama verib.
“Şərqi Aralıq dənizində bir millət, üç dövlət fenomeni olan bir Türk dövləti olan Şimali Kipr bu anlayışla varlığını davam etdirərkən mənim ən böyük arzum budur ki, Azərbaycanla əlaqələrimiz getdikcə daha da artsın” ,- deyə o bildirib.
Tatar tərəflər arasında əməkdaşlığın davam etməsini arzulayıb.