Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borrell Aİ-nin qapısının Gürcüstana açıq olduğunu bildirib.
QafqazTürk.com xəbər verir ki, rəsmi görüşlər üçün axşam saatlarında Gürcüstana gələn Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Josep Borreli Tbilisi beynəlxalq hava limanında Gürcüstanın xarici işlər naziri İliya Darçiaşvili qarşılayıb.
Daha sonra AB-nin Tbilisi ofisinə gələn Borrell Gürcüstanda ilk dəfə rəsmi əlaqədə olduğunu və sabah mühüm danışıqlar aparacağını bildirib.
Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin davam etdiyini xatırladan Borrel qeyd edib ki, bir neçə həftə sonra Gürcüstana “namizəd ölkə” statusunun verilməsi ilə əlaqədar müvafiq qiymətləndirmələr aparılacaq.
Gürcüstanın Aİ ilə inteqrasiya prosesini dəstəklədiklərini vurğulayan Borell bildirib ki, Avropa Birliyinin qapısı Gürcüstanın üzünə açıqdır və Avropa İttifaqı Gürcüstanı Aİ-yə üzvlük yolunda dəstəkləməkdə qərarlıdır.
“Qapımız açıqdır və bu yolda sizə dəstək olmaq istəyirlər“, – Borrel qeyd edib.
Gürcüstana “namizəd ölkə” statusunun verilməsi üçün Tbilisi hökumətinin Aİ-nin onlara bildirdiyi 12 bəndlik kriteriyalara cavab verməli olduğunu deyən Borrell bu istiqamətdə mühüm araşdırmaların aparılmalı olduğunu vurğulayıb.
“Mən bu şəhərin (Tbilisi) küçələrində çoxlu Avropa bayraqları görürəm və bilirəm ki, Gürcüstan əhalisinin 80 faizi Aİ üzvlüyünü dəstəkləyir”, – Borell bildirib.
Gürcüstana əhəmiyyətli maliyyə dəstəyi verməyə davam etdiklərini qeyd edən Borrell, gürcü liderləri ilə görüşlərində Rusiyanın Ukraynada başlatdığı müharibənin bölgəyə mənfi təsirini də müzakirə edəcəklərinə diqqət çəkib.
Qeyd edək ki, Borrell səfər çərçivəsində Gürcüstanın baş naziri İrakli Qaribaşvili, prezident Salome Zurabişvili, Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili və xarici işlər naziri İliya Darçiaşvili ilə görüşəcək və Gürcüstandan birtərəfli müstəqilliyini elan edən və Rusiya tərəfindən dəstəklənən Cənubi Osetiyanın işğal xəttini araşdıracaq.