This is a specific ad

Türkiyə Prezident Administrasiyasından Azərbaycan bayrağının yandırılmasına sərt REAKSİYA

55

Another advertisement

“Beynəlxalq idman yarışında Azərbaycan bayrağının yandırılması vandalizm və kütləvi cahilliyin təzahürüdür”.

QafqazTürk.com xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasından bildirilib.

Administrasiyadan bildirilib ki, bu kimi hallar yolverilməzdir.

“Azərbaycan bayrağının yandırılmasını qınayırıq. Bayraq yandırmaq eyni zamanda açıq nifrətin təzahürüdür və inkişaf etməmiş toplumlara xasdır” – deyə PA-dan bildirilib.

Xatırladaq ki, aprelin 14-də Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində milli nifrət və düşmənçiliyin salınmasına yönəlmiş nümayişkaranə hərəkətlərlə Azərbaycan bayrağı yandırılıb.

Kateqoriya: Dünya
Sonrakı yazı
Əczaçılıq Assosiasiyası Türkiyədən gələn dərmanların gecikməsinin səbəbini açıqlayır
Öncəki yazı
Yaponiya baş nazirinin çıxışı zamanı partlayış olub