Another advertisement
Marneuli bələdiyyəsinin 7 kəndində bir neçə gündür ki, naməlum şəxslər evlərə basqın edir, daş atırlar, pəncərələri sındırırlar.
Hadisə yerli əhalinin böyük narahatlığına səbəb olub. Kosalı kənd sakinlərinin dediyinə görə, günahkarı müəyyən etmək üçün gecə növbəsi qurublar.
Qeyd edək ki, hadisə ilə bağlı polis məlumatlıdır və müraciət edilən kimi hadisə yerinə gedib ,əhali ilə birlikdə axtarış edirlər.
Xatırladaq ki, Marneuli bələdiyyəsinin 7 kəndində, yəni Birinci və İkinci Kosalı, İlməzli, Kürüstü Kəpənəkçi, Keşəli, Böyük Muğanlı və bugünkü məlumatlara görə, isə sözü gedən hal artıq Qaçağan kəndində də qeydə alınıb.