Gürcüstanda peşə məktəblərinə tələbat artır.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Statistika İdarəsi məlumat yayıb.
Məlumata əsasən, 2022-ci ildə əvvəlki illə müqayisədə həm yeni qəbul olunan tələbələrin, həm də məzunların sayı artıb.
Daha dəqiq desək, 2022-ci ildə dövlət və özəl təhsil müəssisələrinə 14 min 103, 2021-ci ildə 11 min 204 nəfər qəbul olub, 2021-ci ildə peşə məktəblərindən 7 min 605, 2021-ci ildə isə 6 min 775 məzun peşə təhsili proqramları üzrə təhsil alıb.
2022-ci ildə tələbələrin ən çox qəbul olunduğu 5 ixtisası təqdim edirik:
- Mühəndislik, istehsal, tikinti – 3 min 284
- Xidmətlər – 2 min 877
- Səhiyyə, sosial təminat – 2 min 178
- İnformasiya və kommunikasiya texnologiyaları – 1 815
- Biznes, idarəetmə və hüquq – 1 789
2022-ci ilin məlumatlarına görə, Gürcüstanda 52-si özəl, 42-si dövlət olmaqla, ümumilikdə 94 peşə təhsili proqramı həyata keçirən müəssisə var.
Məlumat üçün bildirək ki, 94 müəssisədən 67-si peşə kolleci, 19-u ali təhsil müəssisəsi, 8-i isə ümumi təhsil müəssisəsidir.