Another advertisement
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taxıl sazişi”nin bərpası üçün Rusiya Prezidenti Vladmir Putinin iki şərtini açıqlayıb.
QafqazTürk.com xəbər verir ki, Türkiyə lideri bu barədə Soçi səfərindən sonra təyyarədə jurnalistlərə müsahibəsində deyib.
“Rusiyanın iki xüsusi istəyi var. Şərtlərdən biri Rusiya Kənd Təsərrüfatı Bankının Türkiyənin “Ziraat Bankı”nın SWIFT sisteminə qoşulmasından ibarətdir. Vladimir Putinin ikinci şərti isə taxıl nəqlində iştirak edən gəmilərin sığortalanması məsələsinin həllidir“, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb.