Another advertisement
“Qalatasaray” İtaliyanın “Latsio” klubundan Matias Vecino Falero ilə transfer məsələsində razılaşıb.
QafqazTürk.com xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanacaq. Uruqvaylı oyunçu İstanbulda tibbi müayinədən keçdikdən sonra rəsmi müqavilə imzalanacaq.
Bu, İstanbul təmsilçisinin 12-ci transferi olub.
Qeyd edək ki, Falero kariyerası ərzində “Fiorentina”, “Kalyari”, “Empoli” və “İnter” forması geyinib.