This is a specific ad

Ərdoğanla Putin arasında görüş təxirə salına bilər

34

Another advertisement

Bu gün Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında planlaşdırılan görüş Qara dənizdə fırtına səbəbindən təxirə düşə bilər.

QafqazTürk.com xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin Krasnodar diyarı üzrə departamenti məlumat yayıb.

Məlumata əsasən bu gün Soçidə güclü yağışlar, çaylarda suyun səviyyəsinin qalxması, həmçinin dənizdə qasırğa proqnozlaşdırılıb, şimşək çaxacağı, dolu düşəcəyi, torpaq sürüşməsi və küləyin 20-25 m/s-dək güclənəcəyi gözləniliir.

Xatırladaq ki, bu gün Soçidə Ərdoğan və Putinin arasında görüş planlaşdırılıb. Məlumata görə, iki ölkə liderlərinin əsas müzakirə mövzusu “Taxıl sazişi”nin bərpası olacaq. Bundan əlavə, Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
“Latsio”nun uruqvaylı futbolçusu “Qalatasaray”da
Öncəki yazı
Azərbaycanda zəlzələ oldu