Bu gün Soçidə Ərdoğanla Putin arasında görüş baş tutacaq

113

Bu gün Soçi şəhərində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında görüş keçiriləcək.

QafqazTürk.com xəbər verir ki, iki ölkə liderlərinin əsas müzakirə mövzusu “Taxıl sazişi”nin bərpası olacaq.

Putin və Ərdoğan arasında keçiriləcək danışıqlarda Qətərin iştirakı ilə Rusiya taxılının Türkiyə üzərindən Afrikaya çatdırılması variantı da müzakirə olunacaq.

Bundan əlavə, görüşdə Rusiyanın təbii qazının Türkiyə vasitəsilə Rusiyadan Avropaya nəqli məsələsinin də nəzərdən keçiriləcəyi gözlənilir.

Kateqoriya: Dünya
Sonrakı yazı
Sentyabrda güclü maqnit qasırğaları olacaq – TARİXLƏR
Öncəki yazı
Dənizlidə bir gündə iki qəza – 11 nəfər ölü