This is a specific ad

Priqojinin son videosu ortaya çıxdı – VİDEO

19

Another advertisement

Rusiya hakimiyyətinə qarşı çıxdıqdan iki ay sonra müəmmalı şəkildə dünyasını dəyişən Vaqner lideri Yevgeni Priqojinin son videosu ortaya çıxıb.

QafqazTürk.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyada hakimiyyətə qarşı üsyandan iki ay sonra təyyarəsinin qəzaya uğraması nəticəsində həyatını itirən muzdlu “Vaqner” qrupunun lideri Yevgeni Priqojinin son videosu yayılıb.

Bildirilib ki, görüntülər Afrikada “Vaqner” liderinin ölümündən bir neçə gün əvvəl çəkilib.

Videoda Priqojin sağlamlığı ilə əlaqədar şayiələr və təhlükəsizliyinə təhdidlərdən danışır.

Avtomobildə hərbi geyimdə olan Priqojin “Mənim sağ olub-olmadığımı, necə olduğumu müzakirə edənlər üçün. Hal-hazırda həftə sonu, 2023-cü il avqustun ikinci yarısında Afrikadayam. Məni aradan götürmək, şəxsi həyatım, qazandığım pul və ya başqa bir şey haqqında danışmaq istəyənlər üçün deyim ki, hər şey qaydasındadır”, – deyib.

Qeyd olunub ki, video Priqojinin təyyarəsinin avqustun 23-də Moskvanın şimalında qəzaya uğramasından 3-4 gün əvvəl çəkilmiş ola bilər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Türkiyədə faciəvi qəza – Çoxlu sayda ölən və yaralanan var – FOTO/VİDEO
Öncəki yazı
Milli və xarici valyuta ilə verilən kreditlərin faiz dərəcələri necə dəyişib?