Kreditlər üzrə faiz dərəcələri 2023-cü ilin iyul ayında əvvəlki ayla müqayisədə artıb.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Bankı məlumat yayıb.
Milli Bankın məlumatına görə, iyunda kreditlər üzrə faiz dərəcəsi 13,09% təşkil edirdisə, iyulda bu 13,56%-ə yüksəlib.
Qeyd edək ki, 2023-cü ilin iyul ayında baş verən qiymət artımı daha çox lari ilə götürülən kreditlərə təsir edib.
İyul ayında milli valyutada verilən kreditlər üzrə faiz dərəcələri iyun ayı ilə müqayisədə 15,91%-dən 16,25%-ə yüksəlib.
Hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcələri 13,72%-dən 13,96%-ə, fiziki şəxslər üçün verilən kreditlər üzrə faiz dərəcələri isə 17,68%-dən 17,71%-ə yüksəlib.
Bundan başqa, xarici valyutada kreditlər üzrə faiz dərəcələri iyun ayı ilə müqayisədə iyulda 9,03%-dən 8,48%-ə düşüb.
Hüquqi şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsi 9,39%-dən 9,29%-ə, fiziki şəxslərə verilən kreditlər üzrə faiz dərəcəsi isə 7,26%-dən 6,53%-ə enib.
İllik azalmaya gəldikə, 2022-ci ilin iyul ayı ilə müqayisədə bu il lari ilə verilən kreditlər üzrə faiz dərəcələri bir qədər azalaraq 16,47%-dən 16,25%-ə, xarici valyutada olanlar isə 7,01%-dən 8,48%-ə yüksəlib.