Another advertisement
Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod istiqamətində yerləşən atəş mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonu istiqamətində yerləşən mövqelərini artilleriya atəşinə tutub.
QafqazTürk.com xəbər verir ki,Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib.
Qeyd olunur ki, Ermənistan ordusu şərti Azərbaycan-Ermənistan sərhədində ağır zirehli texnika, zərbə dronları və döyüşə hazır qüvvələrini cəmləşdirərək Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyətinə və hərbi texnikasına ciddi itkilər vurmağı hədəfləyib.
Məlumatda qeyd olunur ki, bu təxribatı dayandırmaq və düşmənin planlarının qarşısını almaq üçün Azərbaycan Ordusu bütün lazımi tədbirlərə əl atacaq.