Another advertisement
2023-cü ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ümumi daxili məhsulun artımı 5,5% təşkil edib, 2023-cü ilin 7 ayı üzrə orta göstərici 7,2% müəyyən edilib.
QafqazTürk.com xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsi məlumat yayıb.
Hesabata görə, 2023-cü ilin iyul ayında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maliyyə və sığorta fəaliyyəti, tikinti, ticarət, peşə, elmi və texniki fəaliyyət kimi sektorlar artıma mühüm töhfə verib.
Emal və mədənçıxarma sənayesi, informasiya və rabitə sahələrində azalma tendensiyası müşahidə olunub.