Another advertisement
Avqustun 30-da günün ikinci yarısında Şərqi Gürcüstanın şərq rayonlarında bəzi yerlərdə intensiv yağış olacağı, dolu düşəcəyi, küləyin əsəcəyi ehtimalı var.
QafqazTürk.com xəbər verir ki,bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Agentlikdən verilən məlumata görə, yağış adıçəkilən ərazinin çaylarında suyun səviyyəsinin artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər.