Another advertisement
İtalyanın Salerno şəhərində mənzilləri və ticarət obyektlərini qarət etməkdə, habelə oğurlanmışları satmaqla ittiham olunan 8 Gürcüstan vətəndaşı həbs edilib.
QafqazTürk.com xəbər verir ki,İtalya mətbuatının məlumatına görə,dəstə 8 ay ərzində 100 min avro dəyərində qızıl-zinət əşyaları, saatlar və elektronika oğurlayıb. Araşdırmalar nəticəsində oğurlanmış əşyaların bir hissəsi geri qaytarılıb.
Polisin məlumatına görə, saxlanılanların əksəriyyəti İtaliyada qeyri-qanuni yaşayıb.