Another advertisement
“Avqustun 29-da gecə saatlarından başlayaraq Gürcüstanın və Qara dənizin sahilyanı rayonlarının bəzi ərazilərində qısamüddətli yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, güclü külək əsəcəyi gözlənilir”.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
“Gözlənilən leysan yağışları Gürcüstan çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, dağlıq ərazilərdə sürüşmə-daşqın proseslərinin başlamasına və aktivləşməsinə səbəb ola bilər”, – deyə məlumatda bildirilib.