This is a specific ad

Priqojinin meyitini morqdan oğurlayıblar?

42

Another advertisement

Avqustun 23-də Tver vilayətində özəl təyyarəsinin partlaması nəticəsində həlak olan “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin meyiti dünən səhərçağı regional məhkəmə-tibb ekspertizası bürosunun morquna yerləşdirilib.

Amma bir qədər sonra məlumat yayılıb ki, Priqojinin cəsədi oğurlanıb. Dəfn mərasimləri üzrə agentlik isə bu xəbəri inkar edib.

“Heç kim onu oğurlamayıb. Meyiti oradan oğurlaya bilməzlər, belə şayiələrə inanmayın”, – deyə agentlikdən bildirilib.

QafqazTürk.com xəbər verir ki,Tver vilayətinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən də meyitin morqdan oğurlanmasının mümkün olmadığı vurğulanıb.

“Axmaq şayiələrdir, bizə belə bir məlumat daxil olmayıb. Ölülərlə bağlı bütün məsələlərə İstintaq Komitəsi baxır, amma düzünü deyim ki, bizə buna görə heç kim zəng vurmur, nəsə soruşmur”, – qurumun səlahiyyətlisi deyib.

Kateqoriya: Dünya
Sonrakı yazı
საქართველოს 2 მოქალაქე თითქმის ორწლიანი ტყვეობის მერე ცხინვალიდან გაათავისუფლეს
Öncəki yazı
26 Avqust – Laçın Şəhəri Günüdür