Another advertisement
Oşora məscidi 1898-ci ildə Oşorada yaşamış Ahıska Türkləri tərəfindən tikilmiş məsciddir.
Məscid Oşora kəndinin mərkəzində yerləşməkdədir.
Məscid orta ölçülü yonma daş bloklar vasitəsilə inşa edilmişdir.
Girişi məscidin qərb hissəsindəndir. Giriş qapısının üstündə ərəb dilində yazı mövcuddur. Girişdə taxtadan hazırlanmış dekorativ qapılar var. Məscidin kvadrat həcminin ortasında günbəzli dörd taxta sütun mövcuddur. Sütunların aşağı, orta və yuxarı hissələri bəzədilmişdir. Cənub divarında geniş və yastı formaya malik çox böyük bir mehrab var. Şimal divarı bütün binanın eninin 1/3 hissəsini tutan divara bağlıdır. Mehrabın üstündı isə naxışlarla bəzədilmiş ovalşəkilli mehrab mövcuddur.
Məscid hazırda mədəniyyət abidəsi olaraq qəbul edilmişdir.