This is a specific ad

Vladimir Putin: “Priqojinin ciddi səhvləri var idi” – VİDEO

18

Another advertisement

” “Vaqner” rəhbəri Yevgeni Priqojini çoxdan tanıyırdım, çətin taleyi olan, lakin istedadlı, nəinki özü üçün, eyni zamanda cəmiyyət üçün vacib nəticələr əldə edən biri idi”.

QafqazTürk.com xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.

Priqojini çoxdan, 90-cı illərin əvvəllərindən tanıyırdım. O, çətin taleyi və həyatda ciddi səhvləri olan birisi idi. Özü üçün, eyni zamanda son aylarda mən xahiş edəndə cəmiyyət üçün də lazımi nəticələr əldə edirdi. İstedadlı insan, istedadlı iş adamı idi. Təkcə ölkəmizdə deyil, xaricdə, xüsusən də Afrikada işləyirdi“, – deyə Kreml rəhbəri bildirib.

Qeyd edək ki, ötən gün (23 avqust) göyərtəsində Y.Priqojinin də olduğu şəxsi təyyarə Moskvadan Sankt-Peterburqa gedərkən Tver vilayətində qəzaya düşüb və 7 sərnişin və 3 ekipaj üzvünün hamısı ölüb.

Təyyarənin daxildən partladıldığı və yaxud zenit-raket kompleksi ilə vurulduğu barədə iddialar var.

Kateqoriya: Dünya
Sonrakı yazı
Xızıda “ŞƏHİDLƏ ŞƏHİDƏM” kitabının təqdimatı olub
Öncəki yazı
“Qarabağ” ilk oyunda qələbə qazandı – Avropa Liqası