This is a specific ad

Dövlətin ucuzlaşdırdığı dərmanlar haqqında məlumat

57

Another advertisement

İstinad qiymətinin tətbiq olunduğu dərmanların siyahısı artıb. Ümumilikdə 2300-dən çox dərman vasitəsi üçün qiymətin yuxarı həddi müəyyən edilib. Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

QafqazTürk.com xəbər verir ki,bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Onların hesabatlarına görə, mövcud xroniki və onkoloji dərmanlara antihipertenziv, antikoaqulyasiya, antihistamin, antibiotiklər, mədə-bağırsaq traktını, ağrıkəsici və iltihab əleyhinə dərmanlar əlavə edilib.

“İlin sonuna kimi qeyd olunan qiymət mexanizmi 7000 dərman vasitəsinə qədər uzadılacaq, nəticədə əczaçılıq bazarında aktiv dövriyyədə olan dərman vasitələri tam əhatə olunacaq.

İslahatın məqsədi vətəndaşların dərman vasitələrinə maksimum çıxışını təmin etməkdir. Dəyişiklik nəticəsində əczaçılıq məhsulunun qiyməti orta hesabla 40% ucuzlaşacaq.

Dərman vasitələrinin siyahısı və maksimal qiymət həddi haqqında məlumatı qeyd olunan səhifədə əldə etmək olar: nceprice.moh.gov.ge/ui/#/main – məlumatda qeyd olunub.

Kateqoriya: Sağlamlıq
Sonrakı yazı
თურქეთის ცენტრალურმა ბანკმა საბაზისო განაკვეთი 25%-მდე გაზარდა
Öncəki yazı
“SOCAR” şirkəti tələbələrin təhsil haqqları ilə bağlı məlumat yayıb