Bu gün yeni inşa edilmiş Yuxarı Saral “İmam Zaman” kənd məscidində “Borçalı ziyalıları ilə görüş” adlı tədbir keçirilib.
QafqazTürk.com xəbər verir ki, tədbirdə məscidin tikilməsində müstəsna rolu olmuş xeyriyyəçi Rəhim Hüseynov, məscidin axundu Seyyid Mirağa Mustafazadə, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubov, ziyalı pedaqoq Hacı Səyyad Xəlilov, yazıçı Əli Abbas, sabiq deputatlar Ramiz Bəkirov və Hidayət Hüseynov, ziyalı Ziyəddin Bayramov, ADU-nun dosenti Saleh Nağıyev, Hacı Adil Məmmədov, GAK-ın nümayəndələri Mahir Sədiyev və Asif Vəliyev, “QafqazTürk Media”nın nümayəndəsi Səma Məmmədova və Qullar kənd məktəbinin direktoru Hümmət Hüseynov və bir çox ziyalılar iştirak etdilər.
Gürcüstan Azərbaycanlıları Konqresi Rəhim Hüseynovun müstəsna xidmətlərini dəyərləndirərək xeyriyyəçi Rəhim Hüseynovu “İlin xeyriyyəçisi FƏXRİ DİPLOMU” ilə təqdim etdi.