Nəqliyyat vasitələrinin tranzit və daxili tranzit nömrələri dəyişdirilir.
QafqazTürk.com xəbər verir ki, sözügedən qərar 18 avqust 2023-cü il tarixində verilib.
Hökumətin qərarına əsasən, avtomobillərin və motosikletlərin daxili tranzit nömrələri 2024-cü il aprelin 1-dən, tranzit nəqliyyat vasitələri isə 1 noyabr 2023-cü ildən dəyişdiriləcək.
Qərara əsasən, avtomobilin daxili tranzit sxemi aşağıdakı kimidir:
Qeydiyyat nişanının ümumi təsviri: qeydiyyat nişanının sol tərəfində yuxarı kənarında Gürcüstanın dövlət bayrağı, Gürcüstanın dövlət bayrağının aşağı tərəfində Gürcüstanın beynəlxalq kodu “GE” təsvir edilmişdir. Sol tərəfdə, aşağı kənarın yaxınlığında isə “2D Barkod” kodu mövcuddur.
Qeydiyyat nişanının kənarının aşağı yarısında üfüqi istiqamətdə latın hərfləri ilə “TRANSİT” sözləri yazılmış qırmızı zolaq vardır. Soldan sağa, ağ fonda nömrə və seriya qara rəngdə (boşluq olmadan dörd rəqəm və iki latın hərfi) yazılacaq.
(Qeyd olunan dəyişiklik 2024-cü il aprelin 1-dən tətbiq ediləcək).
Motosikletin “daxili tranziti” nümunəsi
Qeydiyyat nişanının ümumi təsviri: qeydiyyat nişanının sol tərəfində yuxarı kənarında Gürcüstanın dövlət bayrağı, aşağı tərəfində isə Gürcüstanın beynəlxalq kodu “GE” təsvir edilmişdir. Sol tərəfdə, aşağı küncdə “2D Barkod” kodu mövcuddue. Qeydiyyat nişanının kənarının sağ tərəfində şaquli olaraq qırmızı zolaq keçir, onun üzərində də şaquli olaraq latın hərfləri ilə “TRANSIT” yazılır. Ağ fonda yuxarı hissədə qara yazı ilə rəqəm (üç rəqəm), aşağı hissədə isə seriya (iki latın hərfi) yazılacaq.
(Qeyd olunan dəyişiklik 2024-cü il aprelin 1-dən tətbiq ediləcək).
Nümunə tranzit nömrəsi
Tranzit nömrəsinin ümumi təsviri: Yapışan lentdən hazırlanmışdır. Tranzit nömrədə nömrə və seriya soldan sağa yazılacaq və üç rəqəmin, üç latın hərfinin birləşməsindən ibarət olacaq. Tranzit nömrəsinin ortasında, yuxarı hissəsində nömrənin verildiyi il qeyd olunacaq.
(Sözügedən dəyişiklik 2023-cü il noyabrın 1-dən qüvvəyə minməlidir).
Hökumətin qərarına əsasən, avtonəqliyyat vasitələri ilə daxili tranzitin və tranzit nömrəsinin istehsalı/verilməsi üçün zəruri təşkilati tədbirlərin həyata keçirilməsi Gürcüstan Daxili İşlər Nazirliyinin Xidmət Agentliyinə həvalə edilib.
Köhnə nömrələrə gəldikdə isə qərara əsasən, köhnə modelin daxili tranzit nömrəsi və onun tətbiqinə qədər verilmiş və qanuni qüvvəyə malik köhnə modelin tranzit nömrəsi qanunvericiliklə müəyyən edilmiş qüvvədə olduğu müddət ərzində öz hüquqi qüvvəsini saxlamalıdır.