Another advertisement
Ankara Prokurorluğu Qocatəpə məscidində açıq-saçıq geyimdə şəkil çəkdirən və sosial şəbəkədə paylaşan iki şəxs barədə ittiham aktı hazırlayıb.
QafqazTürk.com Türkiyə mətbuatına istinadən xəbər verir.
İttiham aktında qeyd olunur ki, məsciddə çəkilən şəkillər İslam dininin dəyərlərini təhqir edir, söz və özünü ifadə etməklə azadlığı ilə heç cürə əsaslandırıla bilməz.
Gənclər isə öz növbəsində fotoları dini dəyərləri təhqir etmək məqsədi ilə deyil, bədii sənətlə əlaqəli olduqlarını iddia ediblər.
Hazırlanan ittiham aktına əsasən, məsciddə şəkil çəkdirən gəncləri 9 aydan 1 il 6 aya qədər həbs cəzası gözləyir.
Son qərarı isə Ankara şəhər məhkəməsi verəcək.