Another advertisement
İstifadə müddəti keçmiş müxtəlif növ şokolad məhsulunu Tbilisinin müxtəlif şəbəkələrində satmaq ittihamı ilə 2 nəfər saxlanılıb.
Sözügedən şəxslər istifadə müddəti sona çatmış müxtəlif növ şokolad məhsulunun üzərinə hazırladıqları saxta istifadə müddəti nişanı artıraraq satışını həyata keçiriblər.
Sözügedən məhsulların istifadə müddəti keçdiyi üçün onlar insan həyatı üçün çox təhlükəlidir.
Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 198 və 214-cü maddələri əsasında başladılıb. Təqsirləndirilən şəxsləri 8 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.