Another advertisement
Layihə hicabdan imtinaya görə 10 ilədək azadlıqdan məhrumetmə cəzası və 360 milyon İran rialı (7800 avro) cərimə nəzərdə tuturİran parlamentinin komissiyası icbari hicab qanununu pozanlar üçün cəzaların sərtləşdirilməsi barədə qərar qəbul edib.
İndi bu qanun layihəsi Konstitusiyaya Nəzarət Şurasına təqdim edilməlidir.Bu şuraya ali rəhbər ayətüllah Əli Xameneyi tərəfindən təyin edilən ruhani xadımlər, habelə hüquqşünaslar daxildir.
Bundan əvvəl CNN xəbər vermişdi ki, qanun layihəsinə daxil 70 maddədə hicab qanununu pozan qadınlar üçün daha böyük məbləğdə cərimələr və daha uzunmüddətli həbsxana cəzaları nəzərdə tutulur.