Another advertisement
Türkiyə XİN rəhbəri Hakan Fidan yaxın günlərdə Rusiyaya səfər edə bilər.
QafqazTürk.com türk mediasına istinadən bildirir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.
O, görüşdə “Taxıl sazişi”nin müzakirə ediləcəyini deyib:
“Fürsət olsa mən də həmkarım Vladimir Putinlə görüşəcəm. Üz-üzə görüşmək çox vacibdir. Belə olarsa, müsbət nəticə əldə etmək olar”, – deyə Türkiyə XİN başçısı bildirib.