This is a specific ad

Hüseyn Yusubov: “Tərəfə çevrilmiş Birləşmiş Millətlər Təşkilatını mən qınayıram və onları düzgünlüyə çağırıram!” – ƏTRAFLI

52

Another advertisement

Gürcüstan Azərbaycanlıları Konqresnin sədri Hüseyn Yusubov Şimali Kipr Türk Cümhuriyyətinin Pile-Yiğit yolu layihəsini qeyri-qanuni və zorla qarşısını almağa çalışan Birləşmiş Millətlər Təşkilatının Sülhməramlı Qüvvələrini qətiyyətlə qqınayır.

“Sülhməramlılar adından da bəlli olduğu kimi əsas məqsədləri sülh yaratmaqdır. Sülhməramlıların orada güc tətbiq etməyə haqqı yoxdur. Əgər onlar yol çəkilməsinə belə güc tətbiq edirlərsə, demək bunlar artıq tərəfə çevriliblər. Tərəfə çevrilmiş Birləşmiş Millətlər Təşkilatını mən qınayıram və onları düzgünlüyə çağırıram! Sülhməramlıların etdikləri bu zorakılıq adil deyil!” – Hüseyn Yusubov qeyd edir.

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının qarşısını almağa çalışdığı Şimali Kipr Türk Respublikasının “Pile-Yiğitler Yolu” layihəsi gündəmdə qalmaqda davam edir. Həftə sonu ilə əlaqədar səngiyən işlər dünən günorta saatlarında dayandırılsa da, bu gün davam etdirilib. Şimali Kipr Türk Respublikası geri çəkilməməkdə qərarlıdır.

Kipr türklərinin Piledəki torpaqlarına çıxışını asanlaşdırmaq üçün tikilən Pile-Yiğitler yolu humanitar məqsəd daşıyır. Digər tərəfdən, Kiprdə xidmət edən BMT Sülhməramlı Qüvvələrinin Pile-Yiğitler Layihəsi yolunun tikinti prosesi ilə bağlı münasibəti qəbuledilməz və son dərəcə yanlışdır.

Kateqoriya: Region
Sonrakı yazı
Türkiyədə sərnişin avtobusu aşıb, 12 nəfər həlak olub
Öncəki yazı
İnternetin ən çox mem hazırlanan iti Çems ölüb