This is a specific ad

Rusiyanın ilk Ay missiyası iflasa uğrayıb

48

Another advertisement

Avqustun 21-də Rusiyanın “Luna-25” avtomatik planetlərarası stansiyası Ayın cənub qütbünə enməyi gözlənsə də, bu, baş verməyib.

QafqazTürk.com KİV-lərə xəbər verir ki, “Roskosmos” “Luna-25”in göyərtəsində “nəzərdə tutulmamış vəziyyət”in ortaya çıxdığını açıqlayıb.

“Bu gün (avqustun 19-da) “Luna-25”in uçuş proqramına uyğun olaraq, saat 14:10-da (Bakı vaxtı ilə 15:10) stansiyanın enişdən qabaq orbitə keçirilməsi üçün impuls verilib. Əməliyyat zamanı avtomatik stansiyanın göyərtəsində nəzərdə tutulmamış vəziyyət yaranıb və bu, verilən parametrlərlə manevr etməyə imkan verməyib”, – korporasiyanın açıqlamasında qeyd olunub.

Təfərrüatlar barədə məlumat verilmir, həmçinin bunun missiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyi də aydın deyil.

Təfərrüatlar barədə məlumat verilmir, həmçinin bunun missiyanın gələcək fəaliyyətinə necə təsir edəcəyi də aydın deyil.

Qeyd edək ki, bu, Rusiyanın bir neçə ölkənin iştirak etdiyi “Ay yarışı”ndakı ilk missiyası idi, lakin, görünür, elə başlanğıcda uğursuzluqla başa çatıb.

Missiyanın məqsədi Aya uçmaq, yumşaq eniş etmək və sonra orada bir il çalışmaq idi. Bundan əlavə, stansiya bir sıra elmi təcrübələr aparmalı, xüsusən də suyun mövcudluğunu müəyyən etməli idi. Bununla belə, əsas vəzifə gələcəkdə digər stansiyaların enişinə hazırlaşmaq idi.

Kateqoriya: Dünya
Sonrakı yazı
Gürcüstanda turizm mövsümü öz bəhrəsini verdimi?
Öncəki yazı
Kanadada ölkə tarixinin ən güclü meşə yanğınları tüğyan edir