Another advertisement
İşğal olunmuş Abxaziyanın de-fakto prezidenti Aslan Bjaniya Moskvada əməliyyat olunub. Bu barədə məlumatı qondarma prezidentin mətbuat xidməti yayıb.
“Hərtərəfli diaqnozdan sonra əməliyyat baş tutdu. Prosedur uğurla keçib, prezidentin həyatı və sağlamlığı üçün təhlükə yoxdur. Reabilitasiya müddəti bir neçə gün davam edəcək, bundan sonra Aslan Bjaniya Rusiya Federasiyasına işgüzar səfərini davam etdirəcək”, – mətbuat xidmətinin bəyanatında bildirilir.