This is a specific ad

Türkiyədən Rusiyaya XƏBƏRDARLIQ 

14

Another advertisement

Rusiya Hərbi Dəniz Qüvvələrinin Türkiyəyə məxsus yük gəmisinə atəş açması ilə əlaqədar rəsmi Ankara Moskvaya xəbərdarlıq edib.

QafqazTürk.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəsmi Ankara gərginliyin daha da artmamasına çağırıb .

“Müdaxilədən sonra Rusiya Federasiyasındakı tərəfdaşlarımıza Qara dənizdə gərginliyin artmasına gətirib çıxaran bu cür hərəkətlərdən çəkinmələri üçün lazımi şəkildə xəbərdarlıq edilib”, – deyə Türkiyə Prezidentinin ofisinrən bildirilib.

Xatırladaq ki, Palau bayrağı altında üzən “Şükrü Okan” gəmisi bazar günü Rusiya hərbçiləri tərəfindən atəşə tutulub. Ruslar yoxlama üçün gəmiyə miniblər və daha sonra gəminin Ukraynanın İzmail limanına doğru irəliləməyə icazə veriblər.

Kateqoriya: Dünya, Maraqlı
Sonrakı yazı
SOCAR Gürcüstanın Milli Rəqabət Agentliyinin qərarı ilə razılaşmadığını bildirir
Öncəki yazı
Bu gün Gürcüstanın Milli Qəhrəmanı Giorgi Ancuxelidzenin doğum günüdür