Avqustun 16-da Ermənistanın təşəbbüsü ilə keçirilən BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasında Azərbaycanın haqlı olduğu sübut olundu. Beynəlxalq ictimaiyyət onun ərazi bütövlüyü və suverenliyini dəstəklədi. Ermənistanın hökümətinin Azərbaycana qarşı iddiaları əsaslanmadı.
Qeyd edək ki, rəsmi İrəvan Qarabağın mülki əhalisinin məcburi “tam blokadaya” alınması nəticəsində humanitar vəziyyətin “pisləşməsi” ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etmişdi.
BMT-dən Laçın yolunda problemlərin həlli üçün Azərbaycan və Ermənistanla əlaqələri davam etdirəcəkləri bildirilib:
“Tərəflər humanitar səylərə qarışmamalı və onları siyasiləşdirməməlidir. Humanitar reaksiya tanınma və ya qanuniləşdirmə aktı deyil, heç bir tərəfə dəstək vermir və siyasi təsirə səbəb olmur”.
BMT-dəki Azərbaycanın daimi nümayəndəsi Yaşar Əliyev geniş məruzə ilə çıxış edərək Təhlükəsizlik Şurasının üzvlərini reallıqlarla ətraflı tanış etdi. İclasda humanitar məsələləri siyasiləşdirməməyə çağırış edildi. Bir daha dünya ictimaiyətinə çatdırıldı ki, Qarabağ regionundakı ermənilər Azərbaycanın suveren ərazilərindədirlər və onlar Bakının təklif etdiyi yollardan istifadə imkanları təmin olunmalıdır
Avqustun 16-da beynəlxalq ictimaiyyət Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıdığını nümayiş etdirdi. O da təsdiqləndi ki, rəsmi Bakı açdığı Laçın yolu ilə ermənilərə humanist jest edir. Bundan siyasi məqsəd üçün istifadə etmək qəbuledilməzdir.
Report