This is a specific ad

İspaniyada 4 Gürcüstan vətəndaşı oğurluq ittihamı ilə həbs edilib

88

Another advertisement

İspaniyada 4 Gürcüstan vətəndaşı oğurluq ittihamı ilə həbs edilib.

QafqazTürk.com xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayır.

Qeyd edilir ki, Gürcüstan vətəndaşları aprelin 12-də yaşayış yerində oğurluğa cəhd etdikləri üçün həbs ediliblər. Məhkəmə onların dördünün də deportasiya edilməsi və 8 il ölkəyə girişlərinin qadağan edilməsi barədə qərar qəbul edib. Məhkəmə prosesində saxlanılan şəxslər təqsirlərini etiraf ediblər.

Ev sahibi polisə vaxtında müraciət etdiyi üçün onlar evdən heç nə götürə bilməyiblər. Gürcüstan vətəndaşlarına məhkəmə İspaniyanı tərk etmək üçün iki həftə vaxt verdi. Əks halda onları həbs gözləyir.

Sonrakı yazı
Gürcüstan Prezidenti əfv fərmanı imzalayıb
Öncəki yazı
Fevral-aprel aylarında texniki baxışdan keçmiş avtomobillərin sayı