Another advertisement
Rusiya diplomatları və səfirlik əməkdaşları artıq ölkəni tərk ediblər.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Moldova KİV-ləri məlumat yayıb.
Məlumata görə, Moldova 22 rusiyalı diplomatı ölkədən çıxarıb. Xarici İşlər Nazirliyinin qərarına əsasən, Rusiya səfirliyinin texniki heyətinin 23 nümayəndəsi və onların ailə üzvləri diplomatlarla birlikdə Moldovanı tərk etməli olublar.
Moldova rusiyalı diplomatların ölkədən çıxarılmasını Rusiyanın qeyri-dost hərəkətləri və Rusiyanın ölkədəki vəziyyəti sabitləşdirmək üçün çoxsaylı cəhdləri ilə izah edib.
İyulun sonunda aparılan araşdırma təsdiqləyib ki, Rusiya hakimiyyəti Kişinyovdakı Rusiya səfirliyinin damında quraşdırılmış peyk antenalarından istifadə edərək Moldova siyasətçilərinə izləyə bilib.