This is a specific ad

Kondisionersiz evdə istidən xilas olmağın sadə üsulları

54

Another advertisement

Bir sıra ölkələrdə olduğu kimi, Azərbaycanda da anomal istilər hökm sürür.

Yüksək temperatur sağlamlığımıza və gündəlik həyatımıza mənfi təsir göstərir. Kondisioner olmayan mənzildə istidən xilas olmaq xüsusilə çətindir. Ancaq otağı və özünüzü sərinlətməyin sadə, effektli üsulları mövcuddur.

İlk  növbədə, sərin duş qəbul edin və ya dərinizi soyutmaq üçün nəm kompreslərdən istifadə edin. Hətta ayaqlarınızı bir kasa buzlu suya qoymaq da sizə sərinləməyə kömək edə bilər.

Sərbəst və açıq rəngli paltarlar geyinin. Pambıq və kətan kimi təbii liflər parçanın nəfəs almasını təmin edir.

Sərinkeşlərin və ya pəncərələrin qarşısına nəm dəsmallar asın və ya buzlu su şüşələri qoyun. Bu, daxildəki havanın soyumasına kömək edəcək.

Qaranlıq pərdələrdən istifadə edin. Onlar birbaşa günəş işığından və otağı həddən artıq isinmədən qoruyur.

İstilik yaradan elektron cihazları və işıqları söndürün.

Yeməkləri gecə saatlarında və ya əksinə, səhər tezdən, hava hələ o qədər də isti olmayanda bişirin.

Çöldə hava nisbətən sərin olanda, məsələn gecə ikən otaqları havalandırın. Səhər tezdən istilik başlamazdan əvvəl pəncərələri bağlayın.

Adi lampaları LED lampalarla əvəz edin. Belə lampalar otağınızı əlavə olaraq qızdırmayacaq.

Aspiratoru işə salın. O, otaqdan isti hava və buxarın bir hissəsini çəkəcək.

Döşəkağını yatmazdan əvvəl dondurucuya qoyun. Parçanın soyuması üçün 10-15 dəqiqə kifayət edəcək. Bu, tez və rahat yuxuya getməyinizə kömək olacaq.

Gün ərzində kifayət qədər su için. Bu ya adi buzlu su, ya da nanəli içki ola bilər. Təbii mentol bədəndəki sərinlik reseptorlarını stimullaşdırdığı üçün soyutma effekti verir. Orqanizmi istiləşdirdiyi üçün alkoqol və qəhvədən çəkinin.

Bu tövsiyələrə əməl etsəniz kondisioner olmasa belə istidən rahatlıqla qurtula bilərsiniz.

rbc.ua

Kateqoriya: Maraqlı
Sonrakı yazı
Rusiyalı politoloq: “Paşinyan “humanitar böhran” görüntüsü yaratmağa çalışır”
Öncəki yazı
2022-ci ildə birbaşa xarici investisiyaların həcmi artıb – Gürcüstana ən çox investisiya yatıran ölkələr hansılardır