This is a specific ad

Polşa Ukraynadakı münaqişə fonunda orduda islahatlara başlayır

47

Another advertisement

“Polşa təcili qaydada orduda islahatlara başlayır”.

QafqazTürk.com xəbər verir ki, bunu Polşa Prezidenti Anjey Duda bildirib.

O, Ukraynadakı münaqişə fonunda ordunun müdafiə qabiliyyətinin gücləndirilməsini zəruriliyini söyləyib.

Prezidentin sözlərinə görə, bu prosesin tərkib hissəsi kimi ordunun komandanlıq və nəzarət sistemi dəyişilməlidir.

A.Duda bildirib ki, dəyişikliklər ölkənin silahlı qüvvələrinin komandanlıq sisteminin standartlaşdırılması zərurətinə görə həyata keçirilir.

İslahatlar Birləşmiş Qüvvələr Komandanlığının yaradılmasını və hərbi bölmələrin rəhbərliyinin yenidən qurulmasını nəzərdə tutur.

Qeyd edək ki, bundan əvvəl Polşa hökuməti növbəti hücumlardan qorunmaq üçün Belarusla sərhədləri tamamilə bağlayacağını bəyan edib.

Kateqoriya: Dünya
Sonrakı yazı
Şovidə əməliyyat-axtarış tədbirləri davam etdirilir – bu gün Qlolada iki ölən şəxsin dəfn mərasimi keçiriləcək
Öncəki yazı
Dağıstanda matəm elan edildi