Zaporojye vilayətində rus ordusunun bölmələri arasında ciddi toqquşma olub, itkilər var.
QafqazTürk.com xəbər verir ki,Ukrayna mətbuatının yazdığına görə, müvəqqəti işğal olunmuş Zaporojye vilayətinin Mixaylovka qəsəbəsində Rusiya ordusunun digər bölmələrinə daxil olan “Kadırovçular”la dağıstanlılar arasında şifahi qarşıdurma başlayıb, sonra isə atışmaya çevrilib.
“Döyüş zamanı əsgərlərdən biri soyuq silahla yaralanıb, nəticədə dünyasını dəyişib. Bundan sonra qarşıdurma minaatanlardan, əl qumbaraatanlarından və avtomat atəşli silahlardan istifadə etməklə davam etdirilib”, – deyə məlumatda bildirilir.
Media qeyd edir ki, qarşıdurma zamanı hər iki tərəfdən 20 hərbçi həlak olub, 40-ı yaralanıb, “Kadırovçu”nun komandiri cəzasını çəkmək üçün cəbhə xəttinə aparılıb.