This is a specific ad

Türkiyədən terrorun maliyyə mənbəyinə zərbə: 56 nəfər həbs edilib – ƏTRAFLI

93

Another advertisement

Türkiyənin Şırnak bölgəsində polis və jandarma qrupları tərəfindən terrorun maliyyə mənbəyi olan qaçaqmalçılığa qarşı əməliyyat təşkil edilib.

QafqazTürk yerli KİV-ə istinadən xəbər verir ki, əməliyyatlar zamanı narkotik, uzun lüləli silahlar və gömrük qaçaqmalçılığı materialları ələ keçirilib, 56 şübhəli saxlanılıb.

Şırnak və “Habur” sərhəd qapısında həyata keçirilən əməliyyatlarda 25,03 qram heroin, 8,85 qram metamfetamin, 1 ədəd bong, 2460 qutu siqaret, 510 ədəd uzun lüləli tapança patronu, 402 ədəd müxtəlif mallar (termos, ayaqqabı), 23 ədəd mobil telefon aşkarlanıb. Bundan başqa, güllə maqazini və 5 uzun lüləli tapança ələ keçirilib.

Report

Sonrakı yazı
ლატვიის პრემიერი თანამდებობას ტოვებს
Öncəki yazı
Ğaribaşvili: “Abxazlar və osetinlərlə birlikdə güclü dövlət qurmaq hamı üçün ən yaxşı perspektivdir”