Another advertisement
ABŞ Rusiyaya qarşı məhdudiyyətləri genişləndirir.
QafqazTürk.com bildirir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken məlumat yayıb.
“ABŞ Rusiyaya və onun Ukraynada müharibə tərəfdarlarına qarşı sanksiyalarını davam etdirəcək” – Entoni Blinken bildirib.
Qeyd edək ki, bu dəfəki sanksiyalar 20-dən çox ölkədə qeydiyyatdan keçmiş 120-dən çox müəssisə və fiziki şəxsə təsir edib. Məhdudiyyətlər Rusiyanın beynəlxalq maliyyə sisteminə çıxışını daha da məhdudlaşdırır.
ABŞ-ın Britaniya ilə razılaşması əsasında tətbiq etdiyi sanksiyalara Rusiyanın özəl hərbi şirkəti, Çində yerləşən şirkəti və Macarıstanda Rusiyanın nəzarətində olan bankı da daxildir.