Another advertisement
Gürcüstanın mədəniyyət naziri Tea Culukianinin Sərəncamı ilə Gürcüstan Yazıçılar Evinə bundan sonra unudulmaz yazıçı Nodar Dumbadzenin qızı Ketevan Dumbadze başçılıq edəcək.
QafqazTürk.com xəbər verir ki, sərəncamda Ketevan Dumbadzenin bu vəzifəni sentyabrın 4-də tutacağı bildirilib.
Həmin təyinatla əlaqədar Ketevan Dumbadzenin parlamentdəki deputatlıq səlahiyyətləri də başa çatacaq.
Qeyd edək ki, o, “Gürcü Arzusu” partiyasından seçilmişdi və Mədəniyyət Komitəsi sədrinin müavini, eyni zamanda Diaspor və Qafqaz üzrə Komitənin də üzvü idi.