Havay adalarının Maui adasındakı turizm cənnətində baş verən yanğınlarda ölənlərin sayı 55-ə çatıb. Tarixi liman şəhəri Lahaina’nın demək olar ki, hamısı alovlara təslim olarkən, bir çox məşhur ulduzun adada evlərinin olduğu öyrənildi.
QafqazTürk.com xəbər verir ki, ABŞ-ın Havay əyalətinin ən böyük adalarından biri olan Mauidə avqustun 8-də başlayan və hələ də davam edən yanğınlardan minə yaxın insandan xəbər alınmayıb. Mauinin tarixi Lahaina şəhərinin 80 faizinin dağıdıldığını deyən əyalət qubernatoru Coş Qrin bunun Havay tarixinin ən dəhşətli fəlakəti olduğunu bildirib. Can itkisinin artma ehtimalını qiymətləndirən Qrin, 1700-dən çox evin külə çevrildiyini qeyd edib.
Bildirilib ki, Mauidə on mindən çox insan elektrik enerjisindən istifadə edə bilmir, həmçinin rabitədə böyük fasilələr var. Adada yaşayan insanların itkin düşmüş ailə üzvlərinə çatmaqda çətinlik çəkdiyi bildirilib. 35 min insanın yaşadığı Maui adasında 30 minə yaxın insanın adadan təxliyə edildiyi açıqlanıb. Yanğından okean sularına tullanaraq sağ qalanların ABŞ Sahil Mühafizəsi qrupları tərəfindən təhlükəsiz məntəqələrə aparıldığı bildirilib.
Jeff Bezos və onun nişanlısı Lauren Sanchez 2021-ci ildə 78 milyon dollara ev alıb.
BİR ÇOX MƏŞHUR ADLARIN EVİ VAR
Havay ştatından senator Brian Schatz sosial şəbəkədəki paylaşımında Mauidəki Lahaina şəhərinin demək olar ki, hamısının yandığını və yanğınsöndürənlərin alovu intensiv şəkildə nəzarət altına almağa çalışdığını bildirib. Digər tərəfdən hadisə ilə bağlı ABŞ prezidenti Co Bayden də açıqlama verib. “Böyük fəlakət qərarı” verdiyini vurğulayan Bayden adanın bərpası üçün büdcə ayrılacağını açıqladı. Yanğın zamanı məşhur musiqiçi Mick Fleetwood-un evi və restoranının dağıldığı, Ceff Bezos, Oprah Winfrey, Steven Tyler, Owen Wilson və Clint Eastwood kimi məşhur adların evlərinin də adada yerləşdiyi bildirilib.