Another advertisement
11 avqust günün sonundan 13 avqust səhərədək yüksək temperatur fonunda Qərbi Gürcüstanın əksər rayonlarında və Şərqi Gürcüstanın bəzi rayonlarında yağış yağacağı gözlənilir.
QafqazTürk.com xəbər verir ki, bu barədə Milli Ekologiya Agentliyi məlumat yayıb.
Məlumata əsasən Qərbi və Şərqi Gürcüstanın əsasən qərb rayonlarında bəzi yerlərdə güclü şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
“Gürcüstanın çaylarında gözlənilən leysan yağışlar suyun səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, kiçik çaylarda daşqınlara, ölkənin dağlıq ərazilərində sürüşmə və daşqın proseslərinin aktivləşməsinə səbəb ola bilər”, – deyə Milli Ekologiya Agentliyinin məlumatında bildirilib.