This is a specific ad

Avtomobil ticarətçilərinin DİQQƏTİNƏ!

51

Another advertisement

Ötən ay avtomobil bazarında durğunluq olmasına baxmayaraq, qiymət artımı davam edib.

QafqazTürk.com Azərbaycan mediasına istinadən xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) avtomobil bazarında keçirdiyi monitorinqə əsasən, bahalaşma əsasən 30 min manatadək olan avtomobillərin qiymətində qeydə alınıb.

Belə ki, iyul ayında həmin avtomobillərin qiymətində 2.8% artım müşahidə edilib.

Bundan daha bahalı və Aİ-95 markalı benzindən istifadə edən avtomobillərə isə tələbin azalması müşahidə olunub. Tələbin azalmasına baxmayaraq, bu avtomobillərin də qiymətində 1.2% artım qeydə alınıb.

Qeyd edək ki, bu il ərzində Azərbaycana avtomobil idxalı artıb. Belə ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, 2023-cü ilin yanvar-iyun ayları ərzində Azərbaycana ümumilikdə 753 milyon 304 min dollar dəyərində 48 min 373 ədəd avtomobil idxal olunub.

2022-ci ilin yanvar-iyun ayları ilə müqayisədə Azərbaycana idxal olunan avtomobillərin sayı 37.5% və ya 13 min 200 ədəd artıb. 2022-ci ilin müvafiq dövründə Azərbaycana 460 milyon 889 min dollar dəyərində 35 min 173 ədəd avtomobil idxal edilib.

Kateqoriya: İqtisadiyyat, Maraqlı
Sonrakı yazı
Racada daha bir cəsəd tapılıb – təbii fəlakət nəticəsində ölənlərin sayı 22-yə çatıb
Öncəki yazı
Sarpda gənc oğlan dənizdə boğulub