Ətraf Mühitə Nəzarət Departamentinin əməkdaşları tərəfindən 2023-cü il iyulun 1-dən iyulun 31-dək meşələrdən qanunsuz istifadə ilə bağlı 177 fakt aşkar edilib.
Qafqaztürk.com xəbər verir ki, bu barədə Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Nazirlikdən verilən məlumata görə, aşkar edilmiş faktlardan 117-si qanunsuz taxta-şalban çıxarılması və daşınması, 60-ı isə mişar və qeyri-qanuni mişar zavodları tərəfindən texniki qaydaların pozulması faktlarıdır. Qanun pozuntularından 12-də isə cinayət tərkibilidir.
“Ən çox – 41 faktı Kaxetidə; Acarada- 31 fakt, Şida Kartli – 30, Samtsxe-Cavaxeti – 29, Sameqrelo-Zemo Svaneti – 22, İmereti – 10, Quriya – 8, Raça-Leçxumi-Kvemo Svaneti – 3, Mtsxeta-Mtianeti-2; Kvemo Kartli – 1 fakt qeydə alınıb. Ümumilikdə 239 kubmetrdən artıq qanunsuz yığılmış taxta-şalban çıxarılıb.
Həmin dövrdə mişar zavodunda 55 texniki reqlamentin pozulması faktı qeydə alınıb. Həmçinin ölkə üzrə qeydiyyatı olmayan 5 ədəd mişar dəyirmanı yığışdırılıb. Əlavə cavab verilməsi üçün materiallar aidiyyəti qurumlara göndərilib”, – deyə məlumatda bildirilir.