This is a specific ad

“Şəhidlə şəhidəm” kitabının təqdimatı olub

17

Another advertisement

Bu gün Azərbaycan Respublikasının İmişli rayonunda “Şəhidlə Şəhidəm” kitabının təqdimat mərasimi keçirilib.

QafqazTürk.com xəbər verir ki, təqdimat mərasimi İmişli rayonda baş tutub.

Qeyd edək ki, adıçəkilən kitab hər zaman Şəhid ailələrinin yanında olan şairə, Azərbaycan Yazıçılar Birliyinin üzvü Raziyə Kamilqızı tərəfindən qələmə alınıb.

Təqdimat mərasimində müəllifin özü, YAP İmişli rayon təşkilatının rəhbərliyi və əməkdaşları, İmişli, Bakı, Kürdəmir və digər bölgələrdən olan Şəhid ailələri, Qazilər, ziyalılar və başqa şəxslər iştirak ediblər.

Mərasimdən əvvəl Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni səsləndirilib.

Sonra çıxışlar edilib.

Şəhid ailələrindən-Şəhid anaları Flora xanım, Elmira xanım, Akifə xanım, Şəhid atası Şəmsi Qurbanov, Şəhid bacısı Sevinc xanım və digərləri, YAP İmişli rayon təşkilatının sədr müavini Elnur Tağıyev, adıçəkilən kitabın müəllifi Raziyə Kamilqızı çıxış ediblər.

Çıxışlarda kitabın ərsəyə gətirilməsindən, Birinci və İkinci Qarabağ Müharibəsindən, Şəhidlərin və Qazilərin İgidliyi və Qəhrəmanlığından, tarixi Qələbə və Zəfərlarindən danışılıb.

Eyni zamanda, müəllifə minnətdarlıq bildirilib, növbəti yaradıcılıq uğurları arzulanıb.

Tədbirin sonunda Şəhid ailələrinə kitablar təqdim olunub, xatirə fotoları çəkdirilib.

Kateqoriya: Cəmiyyət, Dünya, Maraqlı
Sonrakı yazı
„შეჰიდლე შეჰიდემ “ -ამ სახელწოდების წიგნის პრეზენტაცია გაიმართა
Öncəki yazı
მარნეულის მცხოვრებს, სეიფადინ აბასოვს თქვენი დახმარება სჭირდება