This is a specific ad

Mövlud Çavuşoğlu Azərbaycana başsağlığı verib

91

Another advertisement

Aprelin 12-də xarici işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub.

QafqazTürk.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

XİN-in məlumatına görə, telefon danışığı zamanı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 11 aprel tarixində Ermənistanın təxribatları nəticəsində Azərbaycanın hərbçilərinin həlak olması ilə bağlı başsağlığı diləklərini çatdırıb.

Çavuşoğlu Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.

Telefon danışığı zamanı tərəflər həmçinin Azərbaycanla Türkiyə arasında gündəlikdə duran ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələlərini, habelə mövcud regional vəziyyəti müzakirə ediblər.

Kateqoriya: Dünya
Sonrakı yazı
Yanvar-mart aylarında Gürcüstana 298 285 nəfər rus daxil olub -DİN
Öncəki yazı
Marneulidə avtomobil qəzası baş verib